Türkiyə Misirdə törədilən terror aktını pisləyib

Türkiyə Misirin El-Ariş şəhərində törədilən terror hücumunu pisləyib.

454902
Türkiyə Misirdə törədilən terror aktını pisləyib

Türkiyə Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada Şimali Sina rayonuna bağlı El-Ariş şəhərində törədilən terror hücumunu kəskin şəkildə qınandığı bildirilib : “ Hücumda ölənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara təcili şəfa arzulayırıq."

Misir Daxili İşlər Nazirliyindən dünən verilən yazılı açıqlamada, El-Arişin cənubunda polis nəzarət nöqtəsində təşkil olunan silahlı hücumda 13 polisin öldüyü bildirilib.

Digər tərəfdən terror təşkilatı DEAŞ havadarı olan Amak Xəbər Agentliyi terror hücumunu DEAŞ-ın üzərinə götürdüyünü bildirib .



Әlaqәli Xәbәrlәr