Nusaybin vә Şırnakda terrora qarşı әmәliyyatlar davam edir

Mardinin Nusaybin rayonunda terror təşkilatı PKK-nın kustar üsulu hazırlanmış bombanı partlatması nǝticǝsindǝ bir polis ǝmǝkdaşı şəhid olub, 7 hǝrbçi yaralanıb. Şırnakda hǝyata keçirilǝn ǝmǝliyyatlarda da bir əsgər şəhid olub.

454759
Nusaybin vә Şırnakda terrora qarşı әmәliyyatlar davam edir

Mardinin Nusaybin rayonunda terror təşkilatı PKK-nın kustar üsulla hazırlanan bombanı partlatması nǝticǝsindǝ bir polis ǝmǝkdaşı şəhid olub, 7 hǝrbçi yaralanıb. Şırnakda hǝyata keçirilǝn ǝmǝliyyatlarda da bir əsgər şəhid olub.

Nusaybində tətbiq edilən komendant saatından sonra terror təşkilatı PKK üzvlǝrinin saxlanılması, yerlǝşdirilǝn partlayıcı qurğuların mǝhv edilmǝsi , qazılan xəndəklərin örtülməsi, qurulan barrikadaların götürülməsi məqsədilə Türk Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının martın 14-dǝn etibarǝn hǝyata keçirdiklǝri birgǝ əməliyyat davam edir.

Digər tərəfdən Baş Qərargah Rǝisliyi Şırnakda terror təşkilatı PKK-ya qarşı hǝyata keçirilǝn əməliyyatda bir əsgərin şəhid olduğunu bildirib.

Baş Qǝrarqah Rǝisliyinin internet səhifəsində yerlǝşǝn məlumata görə, Şırnakda hǝyata keçirilǝn ǝmǝliyyatlar zamanı PKK terrorçuların tǝşkil etdiyi silahlı hücum nǝticǝsindǝ ağır yaralanan bir ǝsgǝr yerlǝşditildiyi xǝstǝxanada edilǝn bütün tibbi müdaxilǝlǝrǝ baxmayaraq şǝhid olub.

Açıqlamada: "Bizi dərin kədər və hüznə boğan bu hücumda həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, şəhidimizin əziz ailəsinə, yaxınlarına, Türk Silahlı Qüvvələri vǝ uca Türk millətinə başsağlığı və səbr dilǝyirik" deyilib.



Әlaqәli Xәbәrlәr