Nazir Bozkırın qaçqınlar və viza məsələsinə münasibəti

Avropa İttifaqı işlǝri üzrǝ nazir və baş müzakirəçi Volkan Bozkır, Türkiyə və Aİ arasında keçirilən müzakirələrdən sonra əldə olunan razılığın tarixi bir dönüş nöqtəsi olduğunu söyləyib.

454587
Nazir Bozkırın qaçqınlar və viza məsələsinə münasibəti

Avropa İttifaqı naziri və baş müzakirəçi Bozkır, Anadolu Agentliyinə verdiyi müsahibədə; “Türkiyə, martın 20-dən etibarən Yunanıstan adalarına gedən bütün qeyri-qanuni miqrantları, Türkiyəyə geri verəcək. Bunların qarşılığında hər bir Suriyalı qonağımız düşərgələrdən legal olaraq Avropa ölkələrinə geçəcək. Qeyri-qanuni olaraq Türkiyəyǝ keçən köçkünlərin, bir daha qanuni olaraq Avropaya getmə şansı olmayacaq. Martın 20-dən etibarən təsbitlər başlayacaq, Aprelin 4-dən isə Türkiyəyə, qaçqın gəldiyi andan etibarən Avropa ilə mübadilə ediləcək. "

Sazişin digər bir hissəsinin, 3 milyard avronun 2016-cı ildə Suriyalı qaçqınlara xərclənəcəyini xatırladan Bozkır, "Bu anlaışanın reallaşması, Suriyalı qardaşlarımızın qeyri-qanuni köçünün qarşısını alacaq."

Sazişin digər bir bəndində, viza rejiminin ləğv edilməsinǝ diqqət çəkən Bozkır, "AB ölkələrinə, Şengen bölgəsinə girmək üçün Türkiyəyə 36 ildir müxtəlif bəhanələr gətirildiyini, ancaq iyun ayında bu məsələnin həllinin tapılacağını söyləyib.



Әlaqәli Xәbәrlәr