Türklər dünyanın hər yerinə kömək əli uzadır

Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş Türkiyənin humanitar yardımlar baxımından digər ölkələrdən irəli olduğunu söyləyib.

453755
Türklər dünyanın hər yerinə kömək əli uzadır

Kurtulmuş Fatsa Bələdiyyəsi və İHH Humanitar Yardım Cəmiyyəti arasında bağlanan, Somalidə ehtiyacı olan insanlara su quyusu qazılması üçün təşkil edilən protokol imzalama mərasimində iştirak edib.

Türkiyənin köməksevər bir millət olduğunu vurğulayan Baş nazir yardımçısı çıxışı zamanı deyib: “Türkiyə nominal dəyər olaraq 2014-cü ildə humanitar yardımlarla bağlı dünyada üçüncü oldu, amma ümummilli məhsul nisbətinə görə bu, birinci deməkdir. Türklər dünyanın hər yerinə kömək əli uzadır".

Somalidə qurulacaq su quyusunun əhəmiyyətindən danışan Numan Kurtulmuş bu yardımın Fatsa ilə Somali xalqı arasında növbəti bir könül körpüsü, oradakı insanların isə Türkiyəyə yaxınlaşmasının təmini olacağını söyləyib. Baş nazir yardımçısı onu da vurğulayıb ki, “Afrikaya avropalı ağ adam gələndə almaz və qızılları aparır, insanlarını bir-birinin üstünə salaraq vətəndaş müharibələri törədirdilər. Amma Osmanlının nəvələri gəldikləri zaman yalnız kömək əli uzadır, təhsil, səhiyyə xidmətləri təqdim edir, su quyuları qazır, yollar salır".



Әlaqәli Xәbәrlәr