İstanbul terrorunda həyatını itirən və yaralananlar var

İstanbul valisi Vasip Şahin 19 adamın yaralandığını, bunlardan birinin təcavüzkar olduğunu bildirib

454081
İstanbul terrorunda həyatını itirən və yaralananlar var

Şəhərin ən sıxlıq nöqtələrindən olan Taksim meydanının İstiqlal Prospektində meydana gələn intihar hücumunda 5 nəfər həyatını itirib.

İstanbul valisi Vasip Şahin 19 adamın yaralandığını, bunlardan birinin təcavüzkar olduğunu bildirib.

İctimai mediada yayılan xəbərlərə diqqət çəkən Şahin deyib: “Nişantaşı və başqa səmtlərdə də bomba partladıldığı xəbərləri yayılıb, amma bunlar doğru deyil".

Səhiyyə naziri Mehmet Müezzinoğlu da terror hücumunun nəticələri haqqında məlumat verib: "Bu ana qətər 4 vətəndaşımızı itirdik. 36 yaralıdan 7-sinin vəziyyəti ağır, 4-ü əməliyyatdadır. İnşaallah, yeni itkilərimiz olmaz. Bizə gələn məlumatlara görə, yaralıların 12-si xarici vətəndaşdır".

Türkiyə saatı ilə səhər təxminən 10-30-11.00 arasında baş verən hadisədən sonra bölgəyə çox sayda təcili yardım sövq edilib və yaralılar xəstəxanalara aparılıb.

Polis bölgəni təhlükəsizlik hasarına alaraq İstiqlal Prospektində girişləri bağlayıb.



Әlaqәli Xәbәrlәr