Ankarada terror hücumu şübhəliləri tutuldu!

Onlar "Dövlətin birliyi və ölkə bütövlüyünü pozma", "Qəsdən adam öldürmə" və "Qəsdən adam öldürməyə cəhd" maddələri ilə təqsirli bilinib

453746
Ankarada terror hücumu şübhəliləri tutuldu!

Ankaradakı terror hücumuyla bağlı istintaq çərçivəsində həbs tələbiylə Növbətçi Sülh Cəza Məhkəməsinə sövq edilən 6 nəfərdən 5-i həbs olunub. Şübhəlilərdən 4-ü məhkəmə nəzarəti şərtiylə sərbəst buraxılıb.

Ankaranın Kızılay meydanında 13 mart bazar günü törədilən bombalı terror hücumu ilə əlaqədar istintaq çərçivəsində tutulan 9 şübhəli Konstitusiya Əleyhinə İşlənən Cinayətlər İstintaq Bürosunda hakim və prokurorların sorğusuna çəkilib.

Prokurorlar aldıqları ifadələr əsasında şübhəlilərdən 5-ini "Dövlətin birliyi və ölkə bütövlüyünü pozma", "Qəsdən adam öldürmə" və "Qəsdən adam öldürməyə cəhd" maddələri ilə təqsirli bilinərək həbs tələbiylə Növbətçi Sülh Cəza Məhkəməsinə sövq ediliblər. Məhkəmə şübhəlilərin tutulması üçün qərar verib.



Әlaqәli Xәbәrlәr