Çavuşoğlu Antalya expo 2016-da

Xarici işlər naziri Mevlüt Çavuşoğlu son tamamlama işlǝrinin aparıldığı ‘’Expo 2016 Antalya’’ sahəsini gəzib.

453238
Çavuşoğlu Antalya expo 2016-da

Xarici işlər naziri Mevlüt Çavuşoğlu son tamamlama işlǝrinin aparıldığı ''Expo 2016 Antalya'' sahəsini gəzib.

Antalyaya Expo 2016-ya qatılacaq ölkəlǝrin sayının 41-ǝ çatdığını deyǝn Çavuşoğlu;

"Biz rekordun yenilǝnǝcǝyini söyləmişdik. Son günlər yaxınlaşdıqca iştirakçıların sırasına bir neçə ölkǝnin adı da ǝlavǝ oluna bilǝr. Bunların arasında Almaniya da var. Tǝdbirǝ qatılacaqlarını bildirsǝlǝr dǝ hələ protokol imzalanmayıb"deyǝ bildirib.

Qeyd edǝk ki, Türkiyənin ilk expo sǝrgisi ''Expo 2016 Antalya'', Aprelin 22-dǝ ziyarǝtçilǝrin ixtiyarına verilǝcǝk.



Әlaqәli Xәbәrlәr