Türkiyәnin XİN rәhbәrliyi Pakistanda törәdilәn xain terror aktını pislәyib

Türkiyənin XİN rəhbərliyi Pakistanın Heybər Pahtunhva əyalətinin paytaxtı Peşaverdə əyalət nazirlikləri əməkdaşlarını daşıyan avtobusa təşkil olunan bombalı hücumu pisləyib.

452265

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, terorla mübarizədə Pakistana dəstəyin davam edəcəyi qeyd olunub.
Bəyanatda həmçinin: '' Pakistanın əmin-amanlığını və sabitliyini hədəf alan xain terror aktını şiddətlə qınayır həlak olanlara rəhmət, yaralılara şəfa, Pakistan hökuməti ilə qardaş Pakistan xalqına başsağlığı diləyirik. Pakistanın terrora qarşı mübarizədə uğur əldə edəcəyinə inanırıq və bu mübarizədə Pakistana dəstəyimizi davam etdirəcəyik'' deyə qeyd olunub.

Qeyd edək ki, partlayış nəticəsində ilkin məlumatlara görə 15 nəfərin öldüyü, 30 nəfərinsə yaralandığı bildirlib

Әlaqәli Xәbәrlәr