Türkiyədə yaşlı əhali sayı artıb

Türkiyədə 65 vǝ bundan yuxarı yaşda olanların sayı 6 milyon 495 min 239 nǝfǝrǝ çatıb.

452821
Türkiyədə yaşlı əhali sayı artıb

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2015-ci ilinǝ aid hesabatına görǝ ölkǝmizdǝ yaşlıların sayı 2014-ci ildə 8% ikən, ötǝn il 8,2-ə yüksəlib. Yaşlı əhalinin 43,8% kişi 56,2% isǝ qadındır.

Hesabatda bildirilir ki, yaşlı əhalinin ən çox olduğu şǝhǝr Sinop, ǝn az olduğu vilayǝt isǝ Hakkari və Şırnakdır. 100 vǝ daha yuxarı yaşda olanların yaşadıqları şǝhǝrlǝrin başında isǝ İstanbul gedir. Bu şǝhǝri, İzmir və Ankara izlǝyir.

Qeyd edǝk ki, ǝn çox yaşlı ǝhaliyǝ sahib ölkǝ 30,4% faizlǝ Monako, 26,6% ilə Yaponiya, 21,5% ilə dǝ Almaniyadır. Türkiyǝ bu sıralamada 167 ölkə arasında 66-cı sıradadır.



Әlaqәli Xәbәrlәr