Ərdoğan qaçqınlara qarşı törǝdilǝn qeyri insani hǝrǝkǝtlǝri qınayıb

Prezident Rəcəb Tayyib Ərdoğan, İspaniyada UEFA matçı öncǝsi qaçqınlara qarşı törǝdilǝn qeyri insani hǝrǝkǝtlǝri qınayıb.

452038
Ərdoğan qaçqınlara qarşı törǝdilǝn qeyri insani hǝrǝkǝtlǝri qınayıb

Prezident Rəcəb Tayyib Ərdoğan, İspaniyada UEFA matçı öncǝsi qaçqınlara qarşı törǝdilǝn qeyri insani hǝrǝkǝtlǝri qınayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın Atletico Madrid komandası ilə Hollandiya tǝmsilçisi PSV Eyndhoven arasında keçirilǝcǝk qarşılaşma əvvəli Niderland klubunun tərəfdarları, Madridin Plaza Mayor meydanında insanlıqdan kǝnar davranışa səbəb olublar.

Hollandiyalı millǝtçilǝr, qaçqın dilənçi qadınların üzǝrinǝ pul ataraq onları yerdə sürüyüb.

Bununla da kifayətlənməyən Hollandiyalılar, dilənçilərə pul verdikləri stəkanların içinə pivə töküblər.

Bu son dərəcə kədərli və əxlaqsız hadisə İspan TV şousu El Chiringuito tərəfindən canlı olaraq nəşr olunub.

Ankarada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başçılığı TİKA-nın Balkan yarmadasında əsərlərinin açılışı mərasimində çıxış edǝn Ərdoğan, ǝsas diqqǝti Hollandiyalı millǝtçilǝrin qaçqınlara etdiyi hörmətsizliyə yönǝldib.

Ərdoğan, "Qərbin bir çoxunun xarakterində bu var amma bizdə bu yoxdur."deyǝ bǝyan edib.

PSV tərəfdarlarının dünən Mayor meydanında dilənçi qadınları tǝhqir etmǝsinǝ Madrid şǝhǝrinin meri də reaksiya verib.

Qubernator Asuncion Dancausa, hadisǝ ilǝ əlaqədar;

"Evsiz insanlarla bu şəkildə rəftar edilməsi çox kədərli bir hadisədir" bu tip rǝftarın cəmiyyəti və insanlığı ǝksiltdiyi kimi futbol və idmana da zərər verdiyini bildirib.



Әlaqәli Xәbәrlәr