Gürcüstanda Türkiyə üçün həmrəylik yürüşü

Türkiyənin təkcə Gürcüstana deyil, azad dünyanın bütün dövlətlərinin dəstəyinə ehtiyacı var

451535
Gürcüstanda Türkiyə üçün həmrəylik yürüşü

Gürcüstanın paytaxtı Tiflisin bir qrup universitet tələbəsi Ankaradakı 13 mart terror hücumunu qınayıb.

İlya Çavçavadze Universitetinin qarşısında toplanan tələbələr Türkiyə, Gürcüstan və Azərbaycan bayraqları qaldıraraq Türkiyə üçün həmrəylik yürüşü təşkil ediblər.

Gürcüstan universitetlərinin tələbələrindən ibarət qrup Türkiyənin Tiflis səfirliyi qarşısına qədər gedərək burada Ankara facisəsində ölənləri 1 dəqiqəlik sükutla yad edib, səfirlik qarşısına çiçək qoyublar.

Türkiyənin yanında olduqlarını ifadə edən Hüquq fakültəsi tələbəsi Qaqa Tutaraşvili çıxış edərək deyib: "Bizim məqsədimiz dost və qonşu ölkə Türkiyə ilə həmrəylik içində olmaqdır. Türkiyənin təkcə Gürcüstana deyil, azad dünyanın bütün dövlətlərinin dəstəyinə ehtiyacı var. Terrorun dini və milliyyəti yoxdur. İnsanlıq dəyəri hər şeydən üstündür".



Әlaqәli Xәbәrlәr