Ankarada xain terror aktını törәdәn tәcavüzkarın şәxsiyyәti bәlli olub

Türkiyәnin paytaxtı Ankarada martın 13-dә onlarla günahsız insanı qәtlә yetirәn təcavüzkar terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD-nin düşərgələrində tәlim keçib.

451759

Daxili İşlər Nazirliyi xain terror hadisəsinin cinayәtkarının 1992-ci il təvəllüdlü qadın terrorçu Sәhәr Çağla Demir olduğunu açıqlayıb.

Terrorçu kamikadzenin 2013-cü ildәn etibarәn separatçı terror tәşkilatı PKK-nın sıralarında fәaliyyәt göstәrdiyi bildirilir.

Daha sonra cinayәtkarın Suriyaya keçәrәk terror tәşkilatı YPG-nin düşәrgәlәrindә tәlim keçdiyi bildirilib.

Belәliklә Türkiyәnin PKK ilә PYD arasında bir fәrq olmadığı ilә bağlı tezisi bir daha sübuta yetirilib.

Ölkə daxilindә böyük məğlubiyyətə uğrayan təşkilat xaricdə yetişdirdiyi caniləri böyük şəhərlərdə qan axıtmağa məcbur edir.

Amerika Birləşmiş Ştatları başda olmaq üzrə bəzi Qərbli ölkәlәrin göremediyi bu əlaqə bazar axşamı paytaxt Ankarada məsum insanların qәtlә yetirilmәsinә sәbәb olub.

Ancaq Türk xalqı bu xainlәrin öz qanlarında boğulacağından әmindir.

Türkiyәnin hәryerindәn bazar günündәn etibarәn ''terrorra qarşı'' mesajlar gәlir.

Әlaqәli Xәbәrlәr