Siyasi partiyaların terrorla bağlı birgə bəyannaməsi

Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkət Partiyasının Türkiyə Böyük Millət Məclisindǝki qrup rǝhbǝrlǝri, Ankarada baş verǝn terror hücumu səbəbilǝ ortaq bəyannamə veriblər.

451432
Siyasi partiyaların terrorla bağlı birgə bəyannaməsi

Ədalət və İnkişaf Partiyası (AKP), Respublika Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkət Partiyası (MHP)-nın Türkiyə Böyük Millət Məclisindǝki (TBMM) qrup rǝhbǝrlǝri, Ankarada bazar günü baş verǝn terror hücumu səbəbilǝ ortaq bəyannamə veriblərr.

AK Partiyası qrupunun sədr müavini Naci Bostancı, CHP qrup sədr müavini Levent Göy və MHP-nin qrup sədr müavini Oktay Vuralın imzası ilǝ nümayiş olunan bəyannamədə:

"13 Martda Ankarada birbaşa millətimizə yönəlǝn terror hücumu, bizi dərin bir kədərə sövq etmişdir" ifadəsini veriblǝr.

Bəyannamədə, bunlar qeyd edilib:

"Həyatını itirənlǝr hamımızın övladlarıdır və onların acısı ailələri, yaxınları, sevənləri qədər millətimizin ortaq acısıdır. Terror hücumlarının arxasında Türk millətinin birliyinə və Türkiyə Respublikasının bütövlüyünə qarşı tarixi əməllər vardır.

Terrorçuların qanlı hərəkətləri xalqda beziklik, pissimizm doğurmaq, ortaq gələcək duyğusuna zərbə vurmaqdır. Tarix boyu hər cür problemi həmrəylik, dayanıqlılıq, cəsarətlə aşan, öz əzm və iradəsi ilə yazan millətimizin terror qarşısında da eyni qətiyyətlə davranaraq, terrorun məqsədini boşa çıxartdığını görmək bu dərin acımız qarşısında ən əhəmiyyətli təsəllidir.

Problemli bir coğrafi mǝkanda yerlǝşǝn ölkəmizdə, sülhün və əmin-amanlığın tǝmin edilməsi baxımından hər kəsə və hər təşkilatın üzǝrinǝ məsuliyyət düşdüyünü, hadisələr qarşısında soyuqqanlı olmağınızı istǝyirik deyǝ vurğulanıb.



Әlaqәli Xәbәrlәr