“Azǝrbaycan qara gün dostu olduğunu yenǝ göstǝrdi”,R.T Әrdoğan

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝni hǝdǝfindǝn, müqǝddǝs yolundan, iddalarından daşındırmaq istǝyǝnlǝrin buna ǝsla nail ola bilmǝyǝcǝklǝrini söylǝyib.

451284
“Azǝrbaycan qara gün dostu olduğunu yenǝ göstǝrdi”,R.T Әrdoğan

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝni hǝdǝfindǝn, müqǝddǝs yolundan, iddalarından daşındırmaq istǝyǝnlǝrin buna ǝsla nail ola bilmǝyǝcǝklǝrini söylǝyib.

Bazar günü Ankarada törǝdilǝn xain terror hücumunu bir daha lǝnǝtlǝyǝn Әrdoğan deyib ki, terrordan vasitǝ kimi istifadǝ edǝnlǝr, günahsız insanların qanını axıdaraq bu yolda addım atmak istǝyǝnlǝr Türkiyǝni ǝsla diz çökdürǝ bilmǝyǝcǝklǝr, bunun ǝksinǝ olaraq onlar diz çökǝcǝklǝr.

Әrdoğan rǝsmi sǝfǝrlǝ Türkiyǝdǝ olan Azǝrbaycan Prezidenti İlham Әliyǝv ilǝ bir müddǝt tǝkbǝtǝk görüşüb, daha sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransına Azǝrbaycanın Ankadarakı terror hücumlarından sonra ortaya qoyduğu hǝmrǝyliklǝ qara gün dostu olduğunu göstǝrdiyini bildirǝrǝk başlayıb.

Әrdoğan:" Biz dǝ işğal altındakı Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik".

Әliyev ilǝ ticarǝt, diplomatiya, hüquq, nǝqliyyat, texnika vǝ strategiya sahǝsindǝ dair 6 sǝnǝd imzaladıqlarını deyǝn Әrdoğan İslam Әmǝkdaşlığı Tǝşkilatının İstanbulda may ayındakı zirvǝ toplantısında da İlham Әliyevi qonaq edǝcǝyinǝ görǝ mǝmnunluq duyduğunu, özünün isǝ Bakıya Mǝdǝniyyǝtlǝr İttifaqının 7-ci forumuna görǝ gǝlǝcǝk ay sǝfǝrinin olacağını qeyd edib.

Azǝrbaycan ilǝ birgǝ davam etdirilǝn Trans Anadolu tǝbii qaz kǝmǝr layihǝsi TANAP-la bağlı fǝaliyyǝtlǝrin nǝzǝrdǝ tutulduğu şǝkildǝ davam etdirildiyini bildirǝn Әrdoğan Bakı-Tfilisi-Kars dǝmir yolu layihǝsinin açılışının isǝ dekabr ayında reallaşacağını vurğulayıb.

Qonaq Prezident İlham Әliyǝv isǝ Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verǝrǝk, bu dəhşətli terror aktını qətiyyətlə qınadıqlarını və Türk xalqının yanında olduqlarını, iki ölkǝ arasındakı birliyin əbədi, sarsılmaz olduğunu dilǝ gǝtirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır: “Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz.Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir".

Qeyd edǝk ki, Azǝrbaycan Prezidenti İlham Әliyev martın 13-də paytaxt Ankara şəhərində baş vermiş terror aktından sonra Türkiyǝ ilǝ həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Әmǝkdaşlıq Şurasının V iclasının Bakıda deyil, Ankarada keçirilmǝsini tǝklif etmişdi.

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan da terrorla mübarizə məsələsində Türkiyə ilǝ həmrəylik nümayişinə görə təklifi qəbul etdiyini və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyini bildirilib.

Xatırladaq ki, Dövlǝt başçısı Әrdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana getməli idi. Ancaq fevralın 17-də yenǝ Ankarada törədilən terror aktı ilə əlaqədar bu səfər təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr