Mehmet Müǝzzinoğlu terror hadisǝsi ilǝ bağlı açıqlama verib

Səhiyyə naziri Mehmet Müǝzzinoğlu, Ankaradakı terror hadisǝsi zamanı 34 nǝfǝrin həyatını itirdiyini bildirib.

450113
Mehmet Müǝzzinoğlu terror hadisǝsi ilǝ bağlı açıqlama verib

Müǝzzinoğlu, 19-u ağır olmaqla 125 yaralının isǝ müalicələrinin davam etdirildiyini açıqlayıb.

Çankaya Köşkündə Baş nazir Əhməd Davudoğlunun başçılığı ilǝ təhlükəsizlik toplantısı keçirilib.

Mǝrasimdǝn sonra, Səhiyyə naziri Mehmet Müǝzzinoğlu ilə birlikdə, Daxili İşlər naziri Efkan Ala da jurnalistlǝrǝ müsahibǝ verib.

Nazir Ala, dinç vətəndaşları hədəfǝ alan terror hücumunu lənətlədiyini söyləyib.

''Məqsədlərinə çata bilməyəcəklərini'' deyən Ala, bu hücumların, millətin əzm və qüdrǝtini ortadan qaldıra bilmǝyǝcǝyini bildirib.

Hücumla əlaqədar istintaqın əhatəli şəkildə aparıldığını deyǝn Daxili işlǝr naziri Efkan Ala, terrorla mübarizənin qətiyyətlə davam edəcəyini söylǝyib.



Әlaqәli Xәbәrlәr