Bakı Dövlәt Universitetinin magistr tәlәbәlәri TRT-dә tәlim-staj proqramı keçir

Bu gün Azәrbaycanın Bakı Dövlәt Universitetinin magistr tәlәbәlәri Türkiyә Radio vә Televiziya Qurumunda olublar.

450777
Bakı Dövlәt Universitetinin magistr tәlәbәlәri TRT-dә tәlim-staj proqramı keçir

Bu gün Azәrbaycanın Bakı Dövlәt Universitetinin magistr tәlәbәlәri Türkiyә Radio vә Televiziya Qurumunda olublar.

Universitetinin tәlәbәlәri Türk Әmәkdaşlıq vә Koordinasiya agentliyi TİKA-nın tәşkilatçılığı ilә TRT-də tәlim-staj proqramına başlayıblar.

Tәlәbәlәri qurumun Xarici Dillәr Şöbәsinin rәhbәr müavini Zekeriya Aydın qәbul edib. TRT-nin Tәhsil şöbәsindә baş tutan görüşdə tәlәbәlәr qurumun fəaliyyətini əks etdirən qısametrajlı videoçarxı izlәdikdən sonar Z. Aydın qurumla bağlı tələbələri maraqlandıran suallara cavab verib.

Daha sonra BDU-nun tәlәbәlәri TRT-nin Xarici Dillәr şöbәsində iş prosesi ilə yaxından tanış olub VEB yayım ilә bağlı mәlumat alıblar.

Tәlәbәlәr TRT-yә səfərləri şərçivəsində “Türkiyәnin sәsi “ radiosunun 41 dildә yayım fәaliyyәti göstәrәn redaksiya heyәtlәri ilә görüşərək yayım proseslәrini izlәyib vә radio әmәkdaşları ilә yaxından tanış olublar.



Әlaqәli Xәbәrlәr