Mehmet Şimşək “Türk-İngilis Tatlıdil Forumu”da çıxış edib

Baş nazir müavini Mehmet Şimşək, İngiltərənin cənub qərbindəki Bath şəhərində təşkil edilən növbǝti “Türk-İngilis Tatlıdil Forumu”na qatılıb.

449619
Mehmet Şimşək “Türk-İngilis Tatlıdil Forumu”da  çıxış edib

Mǝhmǝd Şimşǝk, Forum çərçivəsində verilǝn ziyafǝt zamanı etdiyi çıxışında İngiltərənin Türkiyənin Aİ-na tam hüquqlu üzvlüyünə güclü dəstək vermǝsini yüksǝk qiymǝtlǝndirdiklǝrini qeyd edib.

“ Türkiyǝnin Avropa İttifaqına üzv olmaq arzusu, bir kluba üzv olmaq deyil" deyǝn nazir Şimşək, Türkiyənin çox əhatəli bir islahat proqramına, G20 ölkələri arasında, ən əhatəli struktur islahat gündəminǝ və yol xəritəsinǝ sahib ölkǝlǝrdǝn biri olduğunu vurğulayıb.

İngiltərənin Aİ işlǝri üzrǝ nazir müavini David Lidington da ölkəsinin Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünǝ dǝstǝyinin davam edǝcǝyini qeyd edib.

Rusiyanın aqressiv fəaliyyətlərinə də toxunan Lidington, “İngiltərə, Rusiyanın təxribatlarına qarşı Türkiyə ilə həmrəydir" deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr