Ankaradakı terror hücumu ilə bağlı müxtəlif ölkələr başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

450064
Ankaradakı terror hücumu ilə bağlı müxtəlif ölkələr başsağlığı verib

Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland Ankaradakı xain terror hücumunun Avropa dəyərlərinə edildiyini söyləyib.


Jagland 'bu hücum hamımıza edilmiştir' deyərək Türk xalqına başsağlığı diləyib.

Azərbaycan prezidenti İlham Əliyev də Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Rusiya da hadisəni qınayıb.

Kremlinin sözçüsü Dmitri Peskov bildirir ki, Putin Ankaradakı terror hücumunu sərt şəkildə qınayır. Türk xalqı ilə birliktə yas tutur.

Litvanın Xarici İşlər naziri Linas Linkevicius özünün rəsmi "twitter" səhifəsində yazıb ki, Ankarada daha bir qanlı partlayış. Türkiyə yenə terror aktı ilə qarşı-qarşıyadır. Müttəfiqlərimizin yanında olmalıyıq.

İngilərənin Ankara səfiri Richard Moore hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr