ABŞ Demokrat Partiyasında türk iş adamları

Murat Gözel partiyanın Etnik Koordinasiya İdarə Şurasının maliyyə meneceri seçilib

449340
ABŞ Demokrat Partiyasında türk iş adamları

Amerika Birləşmiş Ştatlarında Demokrat Partiyanın Pensilvaniya üzrə idarəçisi Murat Gözel partiyanın Etnik Koordinasiya İdarə Şurasının maliyyə meneceri olub.

Türk iş adamı Murat Gözel ABŞ-da türklərin də siyasət sahəsində ön plana çıxmasının vacibliyinə toxunaraq deyib: "ABŞ fərqli etnik mənşədən olan insanların çiyinlərində yüksəlib. Demokrat Partiyanın ən mühüm devizi etnik qruplara, orta sinif vətəndaşlarına və müsəlmanlara sahib çıxmaqdır. Bu baxımdan mən də əlimdən gələni etməyə çalışıram".

Murat Gözel, eyni zamanda, ABŞ-da 8 noyabrda ediləcək prezident seçkiləri üçün Demokrat Partiya namizədi Hillari Klinton kampaniyasının maliyyə komitəsində də iştirak edir.

Qeyd edək ki, Türkiyə-Amerika Cəmiyyəti nümayəndələrindən biri olan Ali Çınar da Demokrat Partiyadadır və Etnik Koordinasiya İdarə Şurasında Əlaqələr Komitəsinin sədri vəzifəsini yerinə yetirir.



Әlaqәli Xәbәrlәr