T.Küçükcan:"Avropada Türkiyəyə qarşı sǝhv mǝlumatlar yayılır"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Türk Nümayəndə heyətinin sədri Talib Küçükcan Avropada Türkiyəyə qarşı sǝhv mǝlumatların yayıldığını bildirib.

448940

Әdalǝt vǝ İnkişaf Partiyasının millət vəkili və AŞPA Türk Nümayəndə heyətinin sədri Küçükcan Şuranın tələbi əsasında, Türkiyənin cənub-şərqində terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatları haqqında mǝlumat verib.

Terror təşkilatının 2013-ci ildə elan etdiyi atəşkəsi iyun ayında sona çatdırması ilə keçirilən əməliyyatların kəmiyyət və keyfiyyətləri haqqında millət vəkillərinə məlumat verən Küçükcan, həll prosesindǝn sui-istifadǝ edǝn PKK terror təşkilatının sülhü deyil, qanlı müharibəni seçdiyini söyləyib.

Əməliyyatlar haqqında Qərbə səhv mǝlumatlar verildiyini dilə gətirən Küçükcan deyib ki, Avrupada Türkiyəyə istiqamǝtli sǝhv mǝlumatlar yayılır. Bunun aradan qaldırılması mǝqsǝdilǝ belǝ iclaslarda Türkiyǝnin tezisini anlatmağı davam etdirǝcǝyik.

Türkiyəyə yönəlik məlumat çirkinliyini azaltmaq üçün ən yaxşı üsulun bu cür bir-bir iclaslar olduğunu bildirən Küçükcan, Türkiyənin tezisini danışmağı davam etdirəcəklərini qeyd edib.

Әlaqәli Xәbәrlәr