Bu şǝkillǝr bir daha sübuta yetirdi
Baş Qǝrargah Rǝisliyi terror tǝşkilatında xaricilǝrin dǝ olduğunu sübuta yetirǝn görüntülǝri paylaşıb.
Baş Qǝrargah Rǝisliyi terror tǝşkilatında xaricilǝrin dǝ olduğunu sübuta yetirǝn görüntülǝri paylaşıb.
Yayımlanan şǝkillǝrdǝn birindǝ Şırnak vilayǝtinin İdil qǝsǝbǝsindǝ bir binanın zirzǝmisindǝ gizlǝnǝn vǝ tǝslim olması üçün edilǝn çağırışlara cavab vermǝmǝlǝri nǝticǝsindǝ zǝrǝrsizlǝşdirilǝn 6 terrorçudan birinin üzǝrindǝ xaç olduğu aşkarlanıb.
Baş Qǝrargah Rǝisliyi bu şǝkillǝri “mǝlum olanın elanı" qeydi ilǝ yayımlayıb..
Terror tǝşkilatı PKK-ya dǝstǝk üçün xarici ölkǝlǝrdǝn terrorçular gǝldiyi, bu şǝkillǝrlǝ bir daha sübuta yetirildi.
Paylaşılan digǝr mǝlumatda isǝ PYD/YPG vǝ PKK arasındakı ǝlaqǝ sübuta yetirilib.
Suriyadan Türkiyǝyǝ qeyri-qanuni yollardan girmǝyǝ cǝhd edǝrkǝn Kilis sǝrhǝdindǝ yaxalanan bir şǝxsin üzǝrindǝn terror tǝşkilatı PKK-nın davamı olan YPG-nin vǝsiqǝsi çıxıb.
Terrorçunun Nusaybinǝ getmǝyǝ hazırlaşdığı öyrǝnilib.
Silahlı qüvvǝlǝr bu şǝkli isǝ “Bu da bizi tǝǝccüblǝndirmǝdi ǝlbǝttǝ" sözlǝrilǝ paylaşıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq