“Terrora qarşı mübarizǝdǝn imtina edilmǝyǝcǝk”

“Terror təşkilatına mǝnsub quldurlar şəhərlərdǝ qalmaqal yaratmaq üçün hǝr yolu sınayırlar. Ancaq oynanan oyunun idrakında olan xalqımız belǝ etibarsız cǝhdlǝrǝ dəstək vermir”. Bunu baş nazir müavini Akdoğan deyib.

447267
“Terrora qarşı mübarizǝdǝn imtina edilmǝyǝcǝk”

Akdoğan, Ədalǝt vǝ inkişaf partiyasının İzmir şobǝsidǝ verdiyi açıqlamada terrora qarşı mübarizǝnin ǝzm vǝ qǝrarlılıqla davam edǝcǝyini qeyd edib. O: “Xalq oynanan oyunu gördü. Bunlar bölgə xalqını tǝhdid edir. Buna görə onların çağırışlarına daha kimsǝ etibar etmir. Çünki dövlət, millətinin yanında vǝ bütün problemlǝri ilǝ maraqlanır. Terrora qarşı mübarizǝ nǝticǝsindǝ zǝrǝr görmüş bütün şəhərlər yenidǝn bǝrpa edilǝcǝk.

Suriyada cǝrǝyan edǝn proseslǝrǝ dǝ toxunan Akdoğan qarşıdurmalar və bombardmanın davam etmǝsi halında yüz minlərlə insanın yenə Türkiyəyə istiqamǝtlǝnǝcǝyini, köç dalğasından yalnız Türkiyə deyil, Avropanın da tǝsirlǝnǝcǝyini deyib.



Әlaqәli Xәbәrlәr