"Statistikalarda qadın 2015"

Türkiyǝ Statistika İdarǝsinin “Statikalarda qadın 2015" adlı araşdırmasının nǝticǝlǝrinǝ ǝsasǝn, ǝhalinin 50,2 faizi kişi, 49,8 faizi isǝ qadınlardan ibarǝtdir.

446933
"Statistikalarda qadın 2015"

Türkiyǝ Statistika İdarǝsinin “Statikalarda qadın 2015" adlı araşdırmasının nǝticǝlǝrinǝ ǝsasǝn, ǝhalinin 50,2 faizi kişi, 49,8 faizi isǝ qadınlardan ibarǝtdir.

Türkiyǝdǝ ǝhalinin 39 milyon 511 min 191 nǝfǝri kişi, 39 milyon 229 min 862-si qadındır.

Araşdırma nǝticǝlǝrinǝ görǝ Türkiyǝdǝ qadınların ömürlǝri kişilǝrlǝ müqayisǝdǝ daha uzundur.

Yaşam müddǝti Türkiyǝdǝ ümumilikdǝ 78-dir. Bu rǝqǝm kişilǝrdǝ 75,3 vǝ qadınlarda isǝ 80,7 il olaraq qeydǝ alınıb.

Türkiyǝdǝ orta hǝsabatla evlǝnmǝ yaşı qadınlarda 23,9, kişǝlǝrdǝ isǝ 27-dir. Keçǝn il qadınların boşanma yaşı orta hesabla 34,8 olduqda, bu rǝqǝm kişilǝrdǝ 39,1 olub.

15 vǝ daha yuxarı yaşdakı ǝhali arasında işlǝyǝnlǝrin nisbǝti isǝ 50,5 faiz olaraq reallaşıb. Bu rǝqǝm kişilǝr arasında 71,3, qadınlarda isǝ 30,3 faiz olaraq qeydǝ alınıb.

Tǝhsil sǝviyyǝsinǝ görǝ iş hǝyatına qatılma nisbǝti tǝdqiq edildiktǝ isǝ, qadınların tǝhsil sǝviyyǝsi artdıqda iş hǝyatına daha çox qatıldıqları müşahidǝ edilir.

Ankara Gǝnc İş adamları dǝrnǝyinin araşdırmalarına görǝ isǝ Türkiyǝdǝ yüksǝk sǝviyyǝdǝ işlǝyǝn idarǝçi qadın sayı Avropadakı rǝqǝmlǝrlǝ müqayisǝdǝ yüksǝkdir.



Әlaqәli Xәbәrlәr