Baş nazir müavini Numan Kurtulmuş İndoneziyaya sǝfǝrǝ gedib

Baş nazir müavini Numan Kurtulmuş, İslam Əməkdaşlıq Təşkilatının növbǝti Fövqəladə zirvə toplantısına qatılmaq üzrə İndoneziyaya sǝfǝrǝ gedib.

445405
Baş nazir müavini Numan Kurtulmuş İndoneziyaya sǝfǝrǝ gedib

Numan Kurtulmuş, sǝfǝri çərçivəsində ilk olaraq Yogyakarta əyalətində görüşlǝr keçirǝcǝk.

Baş nazir müavini Kurtulmuş, Yogyakartada ilk olaraq ölkənin ən böyük universitetlərindən Gadjah Madaya baş çǝkǝcǝk. Universitetin rektoru ilə Yunus Emre İnstitutunun işləri başda olmaqla, tǝlǝbǝ mübadilǝ proqramları, Türkiyə təqaüdləri və Türk üniversiteleriyle ikitərəfli əlaqələr barǝdǝ danışıqlar aparacaq.

Kraton bölgəsindəki Kral Sarayında isǝ, Kral ailəsinin üzvləriylə bir araya gəlǝcǝk olan Kurtulmuş, paytaxt Cakartada isǝ zirvǝ toplantısına qatılacaq bǝzi dövlət və hökumət nümayəndələri ilə görüşǝcǝk. Danışıqlarda ikitərəfli əlaqələr, regional proseslǝr müzakirǝ edilǝcǝk.

Qeyd edǝk ki, Sabah dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq olan İslam Əməkdaşlıq Təşkilatının beşinci fövqəladə zirvə toplantısında Fələstin və Qüds mövzusu ilǝ bağlı Cakarta Bəyannaməsi qəbul ediləcək.



Әlaqәli Xәbәrlәr