Baş nazir Əhmǝd Davudoğlu Brüsselǝ gedir

Baş nazir Əhməd Davudoğlu, Martın 7-dǝ baş tutacaq olan Türkiyə-Avropa İttifaqı zirvə toplantısına qatılmaq üzrə Brüsselə gedir.

445229
Baş nazir Əhmǝd Davudoğlu Brüsselǝ gedir

Avropa İttifaqı Şurasının sədri Donald Tuskun ev sahibliyindǝ, Avropa İttifaqı üzvü ölkələrin iştirakı ilə keçirilǝcǝk olan zirvǝ toplantısında Aİ ilə Türkiyǝ arasındakı çox tǝrǝfli əlaqələrin əsas çərçivəsini təşkil edən tam hüquqlu üzvlük prosesi ilǝ bağlı atılan addımlar müzakirǝ edilǝcǝk.

Köç böhranı məzmunundakı əməkdaşlıq başda olmaqla Türkiyə-Avropa İttifaqı əlaqələri gündǝmǝ salınacaq.

Baş nazir Əhməd Davudoğlu Brüsselǝ sǝfǝri çǝrçivǝsindǝ NATO-nun baş katibi Jens Stoltenberg, Almaniya kansleri Angela Merkel və Hollandiya baş naziri Mark Rutte ilǝ Türkiyǝnin Brüsseldəki Daimi nümayǝndǝliyindǝ bir araya gǝlǝcǝk.



Әlaqәli Xәbәrlәr