Aİ və Türkiyə toplantısında nələr müzakirə olunacaq?

Avropa İttifaqı və Türkiyə zirvə toplantısında qaçqın böhranının həllilə bağlı danışılacaq

444820
Aİ və Türkiyə toplantısında nələr müzakirə olunacaq?

Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə məsul komissarı Dmitris Avramopoulos bazar ertəsi ediləcək Avropa İttifaqı və Türkiyə zirvə toplantısında qaçqın böhranının həllilə bağlı danışacaqlarını bildirib.

Avramopoulos mətbuat konfransında sammitin həyati əhəmiyyət daşıdığını, Avropa İttifaqı rəsmilərinin Türkiyə ilə danışıqlarının konstruktiv və məhsuldar olduğunu vurğulayaraq deyib: “Ankara ilə anlaşmamıza görə hazırladığımız, sığınacaq axtaran insanlarla bağlı Fəaliyyət Planı nəticə verməyə başlayır: beynəlxalq qorumağa ehtiyacı olmayan bəzi köçkünlər Türkiyəyə geri göndəriləcək. Türkiyəni dəstəkləyirik, sözlərimizdə duracağıq. Avropa İttifaqı və Türkiyə ilə sərbəst viza ilə əlaqədar ikinci hesabatı belə hazırlamışıq. Bununla bağlı da 3 milyard avroluq fond daxilində Türkiyəyə Avropa İttifaqı dəstəkli ilk layihə üçün 95 milyon avro veriləcək. Avropa İttifaqı və Türkiyə zirvə toplantısında böhranın həllinə dair məsələləri müzakirə edəcəyik. Türkiyədən Yunanıstana qaçqın axınının qarşısını almaq, geri göndərmək və insan qaçaqçıları ilə mübarizəni gücləndirmək üçün konkret addımlar atılır".

Bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə məsul komissarı Dmitris Avramopoulos mətbuat konfransında söyləyib.



Әlaqәli Xәbәrlәr