Türkiyǝ ilǝ Qvineya arasında ǝmǝkdaşlığa dair saziş imzalandı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Qǝrbi Afrika ölkǝlǝrini ǝhatǝ edǝn sǝfǝrinin son dayanacağı Qvineyada müxtǝlif görüşlǝr keçirib.

444142
Türkiyǝ ilǝ Qvineya arasında ǝmǝkdaşlığa dair saziş imzalandı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Qǝrbi Afrika ölkǝlǝrini ǝhatǝ edǝn sǝfǝrinin son dayanacağı Qvineyada müxtǝlif görüşlǝr keçirib.

Dövlǝt başçısı adı çǝkilǝn ölkǝnin prezidenti Alfa Kondi (Alpha Conde) ilǝ keçirdiklǝri mǝtbuat konfransında deyib ki, Qvineyanı qardaş ölkǝ kimi görürǝm. Әrdoğan Türk Hava Yollarının iyun ayının ǝvvǝlindǝ bu ölkǝyǝ sǝfǝr başladacağını söylǝyib.

İkitǝrǝfli ǝlaqǝlǝrǝ dǝ toxunan Әrdoğan Qvineyanın müxtǝlif zǝnginliklǝrǝ sahib olduğunu vurğulayıb vǝ 69 milyon dollarlıq ticarǝt hǝcminin ilk mǝrhǝlǝdǝ 250 milyon dollara sonra da 500 milyon dollara çıxartmağı hǝdǝflǝdiklǝrini deyib.

Qvineyanın Dövlǝt rǝhbǝri Kondi dǝ ziyarǝtdǝn duyduğu mǝmnuniyyǝti dilǝ gǝtirǝrǝk bildirib ki, cǝnab Әrdoğan sadǝcǝ bir Dövlǝt rǝhbǝri kimi yox, bir müsǝlman qardaşımız kimi gǝldi. Bu ziyarǝt qvineyalılar üçün böyük bir dǝrsdir, öyrǝnǝcǝyimiz çox şey var.

Әrdoğan Dövlǝt rǝhbǝri Kondinin doğum gününǝ görǝ İstanbul Bǝlǝdiyyǝsinin paytaxt Konakriyǝ 50 ǝdǝd avtobus hǝdiyyǝ edǝcǝyini bildirib.

Bu arada Dövlǝt başçısı Әrdoğanın sǝfǝri zamanı iki ölkǝ arasında müxtǝlif sahǝlǝrdǝ ǝmǝkdaşlığa dair sazişlǝr dǝ imzalanıb.

Әrdoğan Qvineyada görüşlǝrini tamamlayaraq vǝtǝnǝ qayıdıb.



Әlaqәli Xәbәrlәr