Əhməd Davudoğlu Donald Tuskla görüşdü

Qaçqın böhranı ilə əlaqədar birgə fəaliyyət məqsədi ilə Balkan ölkələrində görüşlər keçirən Avropa İttifaqı Şurasının Sədri Donald Tusk dünən Türkiyəyə gəldi.

444238
Əhməd Davudoğlu Donald Tuskla görüşdü

Türkiyənin Baş naziri Əhməd Davudoğlu DonaldTusk ilə Çankaya Köşkündə görüşdü.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Baş nazir Donald Tuskla Suriyadakı prosesləri və qaçqın problemini müzakirə etdiklərini söylədi.

Bu məsələnin Türkiyə və Aİ-nin ümumi bir məsələsi olduğu barədə razılıq əldə etdiklərini bildirən Davudoğlu: " Türkiyədə 2 milyon 700 min suriyalı var. Türkiyə Suriya qarşıdurmasının qurbanlarına kömək etmək məsələsində çox həssasdır.Türkiyə müasir dövrdə görünməmiş bir köç dalğasına məruz qalmasına baxmayaraq heç kimi ac və susuz qoymamışdır" deyə danışdı.

Türkiyənin Aİ ilə imzaladığı birgə fəaliyyət planına sadiq olduğunu vurğulayan Baş nazir, qaçqın probleminin həll edilməsi üçün Aİ ilə bərabər hər bir təşəbbüsə qoşulmağa hazır olduğunu da qeyd etdi.

Donald Tusk isə, Davudoğlu ilə Suriya mövzusunda birgə səylər barədə danışdıqlarını bildirdi.

Tusk: :" Hər zaman olduğu kimi səmərəli danışıqları davam etdirdik. Əməkdaşlığımızın bu səviyyəyə gəlməsi üçün göstərdiyiniz əməyə borcluyuq. Türkiyə qaçqınların iş icazəsi ilə bağlı addımlar atdı. Türkiyədəki qaçqınlara ayrılan vəsaitlərin dövriyyəyə buraxılmasını təmin edəcəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr