Baş nazir Әhmǝd Davudoğlu İrana rǝsmi sǝfǝrǝ gedir

Baş nazir Davudoğlunun Tehrana sǝfǝrindǝ İran prezidenti Ruhani vǝ onun birinci müavini Cihangiri ilǝ görüşǝcǝyi gözlǝnilir.

444151
Baş nazir Әhmǝd Davudoğlu İrana rǝsmi sǝfǝrǝ gedir

Hǝssas bir vaxtda baş tutacaq sǝfǝr zamanı iki ölkǝ arasındakı ǝlaqǝlǝrlǝ yanaşı Suriyadakı son vǝziyyǝt ǝtraflı şǝkildǝ müzakirǝ edilǝcǝk.

Baş nazir Davudoğlunun Tehrana sǝfǝrindǝ İran prezidenti Ruhani vǝ onun birinci müavini Cihangiri ilǝ görüşǝcǝyi gözlǝnilir.

Davudoğlunun sǝfǝri son dövrdǝ İran vǝ Sǝudiyǝ Әrǝbistanı arasındakı gǝrginlik nǝzǝrǝ alındıqda baş tutduğu vaxta görǝ dǝ kritik sǝviyyǝdǝ önǝmlidir.

Baş nazir Avropa İttifaqı Şurasının sǝdri Donald Tusk ilǝ dünǝn keçirdiyi mǝtbuat konfransında Suriya böhranında sǝbǝbkar olmamasına baxmayaraq bu münaqişǝdǝn ǝn çox ziyan çǝkǝnin Türkiyǝnin vǝ Avropa İttifaqının olduğunu söylǝmişdi.

Türkiyǝdǝ 2 milyon 700 min suriyalının olduğunu qeyd edǝn Baş nazir hǝr an pozulacaq şǝkildǝ davam edǝn atǝşkǝs qǝrarına önǝm verildiyini dǝ bildirǝrǝk deyib ki, tǝhlükǝsiz bölgǝ yaradılmasına dair çağırışımızda nǝ qǝdǝr haqlı olduğumuzu hǝr kǝs gördü.



Әlaqәli Xәbәrlәr