Türkiyə ilə Nigeriya arasında ticarət və iqtisadi əməkdaşlıq memorandumu imzalanıb

Türkiyə ilə Nigeriya arasında ticarət və iqtisadi əməkdaşlıq, həmçinin sənaye sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

443425
Türkiyə ilə Nigeriya arasında ticarət və iqtisadi əməkdaşlıq  memorandumu imzalanıb

Türkiyə ilə Nigeriya arasında ticarət və iqtisadi əməkdaşlıq, həmçinin sənaye sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrika ölkələri səfəri çərçivəsində Nigeriyanın dövlət başçısı Məhəmməd Buxarı ilə təkbətək və heyətlərarası görüşlər keçirib. Daha sonra iki ölkə arasındaki müqavilələrin imzalanması üçün Prezident Sarayında mərasim təşkil olunub.

Mәrasimdәn sonra hər iki dövlət başçısı birgə mətbuat konfransı keçirib.

Prezident R.T. Ərdoğan konfransdakı çıxışı zamanı dövlət başçısı seçildikdən sonra Nigeriyaya ilk rəsmi səfərə gəlməkdən məmnun olduğunu bildirib.

Nigeriyanı strateji tərəfdaş ölkә kimi qəbul etdiklərini vurğulayan Ərdoğan: ''İkitәrәfli münasibətləri, regional və qlobal prosesləri qiymәtlәndirmәk imkanımız oldu. İmzaladığımız sazişlər iki ölkə arasındakı münasibətləri daha da irəliyə aparacaq önəmli sənədlərdir" deyə bildirib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Türkiyənin dövlət başçısı Nigeriya və Türkiyənin oxşar tərəflərinin olduğunu, xüsusən də siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə müştərək işlərin görüləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr