Əminə Ərdoğan Nigeriyada uşaq evinin açılış mәrasiminә qatılıb

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Nigeriya prezidentinin həyat yoldaşı Aişa Buxarı ilə Abujada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən bәrpa edilən uşaq evinin açılış mәrasiminә qatılıb.

443415

Afrika səfərinin növbəti dayanacağı Nigeriyaya sәfәr edәn dövlәt başçısı Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ərdoğan da müşayiət edir.

Əminə Ərdoğan Nigeriya prezidenti Məhəmməd Buxarının xanımı Aişa Buxari ilə paytaxt Abujada bir araya gəlib. Baş tutan görüşdən sonra Әminә Ərdoğan və Aişa Buxarı TİKA tərəfindən bərpa edilən uşaq evinin açılış mәrasiminә qatılıb.

Hər iki birinci xanım açılış mәrasimindәn sonra uşaq evində məskunlaşan uşaqlarla xatirә şәkillәri çәkdiriblər. Əminə Ərdoğan uşaqlara müxtəlif hədiyyələr bağışlayıb.

Әlaqәli Xәbәrlәr