Əhməd Davudoğlu İrana gedir

Baş Nazir Əhməd Davudoğlu cümə günü İran İslam Respublikasına rəsmi səfərə gedǝcǝk.

444077
Əhməd Davudoğlu İrana gedir

Baş Nazir Əhməd Davudoğlu cümə günü İran İslam Respublikasına rəsmi səfərə gedǝcǝk.

Baş Nazirliyin mǝnbǝlǝrindǝn ǝldǝ edilǝn məlumatlarda bu səfərin bir həftədir planlaşdırıldığı bildirilir.

Gündəmdəki vəziyyətin müzakirə olunacağı təxmin edilən bu sǝfǝr Suriyada atəşkəs rejiminin davam etdiyi dövrə təsadüf edəcək.

Qeyd edək ki, İranın Qərb ilə nüvə razılaşmasına nail olmasından sonra Türkiyədən ilk dəfə bu ölkəyə ən yüksək səviyyədə səfər reallaşdırılacaq.

Xatırladaq ki, İrana son dəfə ötən ilin Aprel ayında Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan rəsmi səfərə getmişdi.



Әlaqәli Xәbәrlәr