Baş qərargah Başçısı Hulusi Akar Almaniyaya rəsmi səfərǝ gedib

Hulisi Akarın Almaniya sǝfǝri, 6 noyabr 2015-ci ildə Türkiyəni ziyarət edən Almaniya Baş qərargah Başçısı General Volker Wiekerin dəvətinǝ görǝ gerçǝklǝşib.

443500
Baş qərargah Başçısı Hulusi Akar Almaniyaya rəsmi səfərǝ gedib

General Hulisi Akar, Almaniyaya sǝfǝri çǝrçivǝsindǝ Milli Müdafiə naziri Ursula von der Leyen və Baş qərargah Başçısı Wieker ilə bir araya gǝlib.

Əldǝ edilǝn məlumata görə, danışıqlarda, Türkiyəyə istiqamətli terror təşkilatı PKK vǝ PYD-dən qaynaqlanan təhdidlər, Suriyada cǝrǝyan edǝn proseslǝr, NATO-nun Egey dənizində immiqrant böhranı ilǝ bağlı gördüyü işlǝr, iki ölkǝ arasında hərbi əməkdaşlıq mövzuları müzakirǝ edilib.


Etiketlәr: #Almaniya , #Hulisi Akar , #NATO

Әlaqәli Xәbәrlәr