3 əsgər şəhid oldu, 8 terrorçu zərərsizləşdirildi

Demirtaşın Diyarbəkirdə çağırışına heç bir reaksiya olmayıb

443728
3 əsgər şəhid oldu, 8 terrorçu zərərsizləşdirildi

Mardinin Dargeçit qəsəbəsində PKK üzvü olan terrorçularla çıxan qarşıdurmada biri Baş leytenant olmaqla 3 əsgər şəhid olub.

Qarşıdurmada 8 terrorçu zərərsizləşdirilib.

Dargeçit çölündə terror təşkilatı PKK mənsublarına istiqamətli əməliyyatlarını davam etdirən Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma davam edir.

Digər tərəfdən, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın terror təşkilatı PKK-ya qarşı əməliyyatların sürdüyü Diyarbəkirin Sur qəsəbəsi xalqına etdiyi çağırışına heç bir reaksiya olmayıb.

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin artırıldığı Diyarbəkirdə vətəndaşlar gündəlik həyatlarını adi qaydada davam etdirir, satıcılar belə dükanlarını bağlamır.



Әlaqәli Xәbәrlәr