Türkiyə Afro-Avrasiya coğrafiyasının mərkəzində

Ərdoğan Qanada həmkarı Mahama ilə iki ölkənin iş adamlarını görüşdürən İş Forumunda iştirak edib

442626
Türkiyə Afro-Avrasiya coğrafiyasının mərkəzində

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qanada həmkarı Con Dramani Mahama ilə iki ölkənin iş adamlarını görüşdürən İş Forumunda iştirak edib.

Forumda çıxışı zamanı dünya iqtisadiyyatının son illər çətin və həssas bir dövrdən keçdiyinə toxunan Ərdoğan Türkiyə və Afro-Avrasiya coğrafiyası barədə belə deyib: “Türkiyə Afro-Avrasiya coğrafiyasının mərkəzində iştirak edən bir ölkə kimi təmsil edildiyi üçün bütün platformalarda dostlarının adından danışmağa çalışır".

Qana ilə ticarət həcmini 400 milyondan 1 milyard dollara çatdırmağı planlaşdırdıqlarını bildirən Ərdoğan onu da deyib ki, Türkiyə Hava Yollarının Akraya həftədə 7 dəfə olan uçuşunu 14-ə çıxaracaqlar.

İş Forumundan sonra Türkyə dövlət başçısı Akranın müsəlmanların çox olduğu Qanda bölgəsində tikintisi davam edən Millət məscidinə gedib. Bundan sonra R.T.Ərdoğan həmkarı Mahama ilə birlikdə Kotoka Beynəlxalq Hava Limanının 3-cü terminal binasının təməlatma mərasimində iştirak edib.

Qanadakı görüşlərini tamamladıqdan sonra Ərdoğan Nigeriyanın paytaxtı Abujaya keçib. Türkiyə dövlət başçısı burada da ölkə prezidenti ilə görüşəcək, heyətlərarası görüşdə iştirak edəcək. Görüşlərdə regional və qlobal proseslərlə bağlı ikitərəfli əlaqələr müzakirə olunacaq. Nigeriyadakı Türkiyə səfirliyinə də baş çəkdikdən sonra Ərdoğan Qərbi Afrika turunun son dayanacağı Qvineyaya keçəcək.



Әlaqәli Xәbәrlәr