V.Bozkır:"Aİ-nın bu günlərdə Türkiyəyə daha çox ehtiyacı var"

Avropa İttifaqı naziri Volkan Bozkır ittifaqın miqrant problemi, terror təhlükəsi və maliyyə böhranı ilə üz-üzə olduğu bu günlərdə Türkiyəyə daha çox ehtiyacının olduğunu bildirib.

441870

Bozkır TBMM-də 2016-cı ilin büdcə qanunu layihəsinin müzakirəsi zamanı çıxış edərək, Türkiyənin Avropa İttifaqını irəliyə aparacaq ən önəmli ölkələrdən biri olduğunu deyib.

2016-cı ilin əhəmiyyətli bir il olacağını bildirən Bozkır, 2 milyon yarımdan artıq suriyalı qaçqını insanlıq naminǝ qonaq saxlayan Türkiyənin də, 800 suriyalı miqrantı ölkəsinə qəbul etmək üçün referendum keçirən ölkələrin də tarixdə öz yerini alacağını vurğulayıb.

Volkan Bozkır Aİ-nın miqrantlar üçün Türkiyəyə ayırdığı 3 milyar avro vəsaitin cari il ərzində xərclənəcyini də sözlərinə əlavə edib.

Türkiyə ilə Aİ arasında tamhüquqlu üzvülük məsləsinə də toxunan Nazir, 2016-cı ilin sonlarına doğru viza məsǝləsinin həllini tapacağını qeyd edərək, bunun müzakirələrdə yeni bir səhifə açacağını bildirib.

Әlaqәli Xәbәrlәr