İstanbulun 3-cü körpüsünün inşaatı sona yaxınlaşır

O yüksəkliyi və genişliyi baxımından dünyanın ən böyük körpüsü olacaq

442507
İstanbulun 3-cü körpüsünün inşaatı sona yaxınlaşır

İstanbul Boğazında işləri davam edən Yavuz Sultan Səlim körpüsünün şəhərin iki yaxasını birləşdirməsinə 9 metr qalıb.

Dünyanın ən geniş asma körpüsü olacaq və İstanbul tıxacını azaldacaq Yavuz Sultan Səlim köprüsündə işlər 24 saat fasiləsiz olaraq davam edir.

59 polad dirəkdən 58-i bərkidilib. Son dirəyin qoyulması ilə İstanbulun iki qütbü birləşəcək.

Yavuz Sultan Səlim yüksəkliyi və genişliyi baxımından dünyanın ən böyük körpüsü olacaq.



Әlaqәli Xәbәrlәr