"Hǝrkǝs məhkəmə qərarına qarşı fikrini ifadə edə bilər"

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın Konstitusiya mǝhkǝmǝsinin Can Dündar ve Әrdǝm Gül hakkında verdiği qǝrarla bağlı tǝnqidlǝrinin ǝks-sǝdaları davam edir.

441830
"Hǝrkǝs məhkəmə qərarına qarşı fikrini ifadə edə bilər"

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın Konstitusiya mǝhkǝmǝsinin Can Dündar ve Әrdǝm Gül hakkında verdiği qǝrarla bağlı tǝnqidlǝrinin ǝks-sǝdaları davam edir.

Baş nazirin müavini Numan Kurtulmuş dünən Baş nazir Əhməd Davudoğlunun başçılığında yığıncaq keçirǝn Nazirlǝr Kabinetinin toplantısı zamanı mətbuata verdiyi açıqlamada Dövlǝt başçısı Ərdoğanın Konstitusiya Məhkəməsi ilə bağlı sǝslǝndirdiyi tənqidləri dǝyǝrlǝndirib.

Numan Kurtulmuş açıqlamada deyib ki, hǝrkǝs Türkiyədə hər hansı bir məhkəmə qərarına qarşı fikrini ifadə edə bilər, bundan daha təbii bir şey ola bilməz. Ayrıca Dövlǝt başçımız bu fikirlərini konstitusiya məhkəməsi qərarını qǝbul etmǝdǝn əvvəl deyil qərar qǝbul edildiktǝn sonra ifadə etmişdir. Buna görǝ, bunu təbii axarında hər hansı bir məhkəmənin qəbul etdiyi qərara qarşı öz fikrini, öz mövqeyini müəyyən etməsi kimi görmək öz yerindǝ olar. “Әks tǝqdirdǝ Konstitusiya məhkəməsinin fərdi şikayətlərə qarşı bir müraciət yeri olmasını ortadan qaldıracaq bir düşüncǝ deyil. Onsuz da bu addımı atan cənab Dövlǝt başçımızın özüdür"-deyǝ Numan Kurtulmuş vurğulayıb.

Baş nazirin müavini Kurtulmuş yeni konstitusiya ilǝ bağlı fǝaliyyǝtlǝrǝ dǝ toxunub.

Әdalǝt vǝ İnkişaf Partiyasının yeni konstitusiyanın yaranması prosesinə sonuna qədər töhfə verəcəyini ifadə edən Kurtulmuş bildirib ki, bu prosesǝ hǝr kǝsin dayaq olmasını istǝyirik. Razılıq ǝldǝ olunmayacağı tǝqdirdǝ biz öz düşüncǝlǝrimizi parlamentǝ tǝqdim etmǝk üçün addımlarımızı atarıq.



Әlaqәli Xәbәrlәr