Baş nazir Ə. Davutoğlu: "Heç bir təxribata imkan verilməyəcək"

Baş nazir Əhməd Davutoğlu Türkiyəyə qarşı oynanılan oyunlardan xəbərdar olduqlarını və ölkəyə qarşı həyata keçirilməyə çalışılan heç bir təxribata imkan verməyəcəklərini deyib.

441840

Davutoğlu "Yeni Türkiyə Yolunda" adlı çıxışında Suriyadakı vəziyyət başda olmaqla, terrorla mübarizə və yeni konstitusiyanın hazırlanması yönündə atılan addımlardan danışıb.

Baş nazir Suriyadakı vəziyyətə toxunaraq:" Rusiya, Əsəd rejimi, PKK və YPG əl-ələ verərək Türkiyənin cənub sərhədlərində bir terror yuvası yaratmaq istəyirlər" deyib.

Suriya məsələsində beynəlxalq aləmə xəbərdarlıq edən Davutoğlu:" Beynəlxalq aləmin, xüsusilə ABŞ və Rusiyanın səmimi hərəkət edərək, həqiqəti qəbul etməsini istəyirik. Bu qarşıqlıqdan istifadə edərək bölgədə gücünü artırmağa çalışan və bəzi dövlətlərdən dəstək alan terror təşkilatlarının fəaliyyətlərinin qarşısı alınmalıdır" deyə vurğulayıb.

Yeni konstitusiyanın hazırlanması məsələsi haqqında fikirlərini də bölüşən Baş nazir:"TBMM-də yer alan heç bir siyasi partiya bu məsuliyyətdən boyun qaçıra bilməz. Siyasət qurumu bu məsələdə üzərinə düşən işi həyata keçirməlidir" diyə fikirlərini tamamlayıb.

Әlaqәli Xәbәrlәr