Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qərbi Afrikaya səfər edəcək

Bu barədə Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilib.

440312
Türkiyənin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qərbi Afrikaya səfər edəcək

Bu barədə Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata əsasən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 28-29 fevralda Kod-d'İvuara, 29 fevral -1 martda Qanaya, 2-3 mart tarixlərində Nigeriyaya, martın 3-də isə Qvineyaya edəcəyi səfəri çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərin müzakirə olunması gözlənilir.
Dövlət başçısının həyata keçirəcəyi görüşləri çərçivəsində həmçinin müxtəlif sahələrdə müqavilələrin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədən Kod-d'İvuar və Qvineyaya dövlət başçısı səviyyəsində həyata keçirilən ilk səfər olacaq.
Dövlət başçısı Ərdoğanın 2015-ci il 10-13 yanvar tarixlərində baş tutan görüşlərindən sonra regiona ikinci dəfə səfər etməsi Qərbi Afrikaya verdiyi önəmin göstəricisi olaraq qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr