Türkiyədə Xocalı ilə bağlı tədbirlər

Ankara, İstanbul, İzmir, Qars və Türkiyənin bir çox şəhərlərində Xocalı hadisələri yada salınıb

439913
Türkiyədə Xocalı ilə bağlı tədbirlər

Azərbaycan dövləti xaricdə 20-dən çox ölkədə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə təxminən 10 gündür xatirə yürüşləri, etiraz nümayişləri, fotoşəkil sərgisi, kitab, film təqdimatı və digər tədbirlər təşkil edib.

Qanlı Xocalı faciəsinin ildönümü Türkiyədə də konfranslar, sərgilər və yürüşlərlə yada salınıb və tədbirlər davam edir. Tədbirlərdə Tükiyənin çap etdirdiyi "Xocalı" şeir kitabının da təqdimatı və fotoşəkil sərgiləri olur.

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankara və Türkiyənin digər şəhərlərində Xocalı tədbiləri keçirilib və keçirilməkdədir.

25 fevral tarixində səhər paytaxt Ankaranın Kızılcahamam qəsəbəsində Hocalı Xatirə Muzeyində səfrilik nümayəndələri, Azərbaycandan gələn rəsmi və ziyalı heyətlə türkiyəli həmkarlar Xocalı şəhidlərini yad ediblər. 26 efvralda isə Azərbaycan səfirliyi Ankaranın digər qəsəbəsində - Keçiörendə Hocalı Şəhidləri abidəsi qarşısında tədbir keçirib.

25 fevral səhər Azərbaycanın İstanbuldakı Konsulluğu Qarabağın Xocalı qəsəbəsində 24 il əvvəl erməni-rus əsgərləri tərəfindən törədilən faciənin qurbanlarını İstanbulda böyük bir tədbirdə yad edib.

"Xocalı üçün Ədalət Kampanyası" çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society - TEAS) tərəfindən Sabancı Muzeyində qırğında həyatını itirən 613 adam xatırlanıb, muzeyin sərgi bölümündə fotoşəkillər nümayiş etdirilib, gələnlər duyğularını paylaşmaq üçün xatirə dəftərinə ürək sözlərini yazıblar.

Xatirə mərasimində Azərbaycanın İstanbul üzrə konsulu Kənan Murtuzov danışıb, faciəni təfəvüratı ilə anladıb, deyib: “Bir şəhər yer üzündən silinib. 613 cəsəd tapılıb, amma orada ölənlərin sayı bundan daha çoxdur. Çünki yüzlərlə insan əsir düşüb, itkin düşüb".

Kənan Murtuzov Xocalı qırğınını soyqırım olaraq qəbul etdirmək üçün Azərbaycanın dünya səviyyəsində tədbirlərinin davam etdiyini vurğulayıb.

Xocalı qəsəbəsində erməni-rus birləşmələri tərəfindən qətl edilən azərbaycanlılar dünən fevral 25-ində səhər Qarsda da xatırlanıb. Qarsın Azərbaycan Baş konsulluğunda təşkil edilən Xocalı soyqırımının 24-cü ildönümüylə əlaqədar xatırə proqramı təşkil edilib. Tədbirdə Baş konsul Ayxan Süleymanlı çıxış edib, 5 tərəfdən basqın edilən Xocalı qırğınının 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verdiyini, ermənilərin törətdiyi bu soyqırımın yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edildiyini vurğulayıb.

Xocalı qırğınının 10-a yaxın ölkə və ABŞ-ın 20 ştatı ilə İslam Birliyi Təşkilatının tanıdığını söyləyən Azərbaycanın Qarsdakı Baş konsulu daha sonra deyib: “İnanırıq ki, Xocalı qırğını ilə əlaqədar bu siyahı daha da artacaq və dünya Xocalı soyqırımına səssiz qalmayacaq. Çünki Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə görə doğrudan da bir soyqırımıdır."

Qarsdakı tədbirdə yerli Bələdiyə, Vali nümayəndələri, universitet müəllimləri və digər ziyalılar da çıxış edərək Azərbaycanın dərdinə şərik olduqlarını dilə gətiriblər.

İzmirdə də Xocalı tədbirləri keçirilib. Böyükşəhər Bələdiyyə sədri Əziz Kocaoğlu çıxışı zamanı İzmirdə yaşayan Azərbaycan türklərinin dərnəklərinin və təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, iki ölkə arasında iş birliyinin daha da genişləndirilməyun əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycanlı millət vəkili Qənirə Paşayeva da öz növbəsində bu sözləri deyib: "Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş sayılar. Azərbaycan nə qədər güclənərsə, bu da Türkiyənin gücü deməkdir".

Qeyd edək ki, fevralın 27-də İzmirdə Xocalı Soyqırımı abidəsinin və Azərbaycan Dostluq parkının açılışı olacaq.

Türkiyənin TRT Haber kanalı da Azərbaycanın ən qanlı faciələrindən biri olan Xocalı soyqırımını gün boyu ekranlarda əks etdirir, ayrı-ayrı proqramlarında qanlı faciənin şahidlərinin xatirələrini tamaşaçılarla paylaşır.

Qeyd edək ki, BMT Ermənistanın Azərbaycan torpaqlarının işğalına son verməsinə bağlı 4 qərar qəbul edib ki, bunların heç biri bu günə qədər həyata keçməyib.



Әlaqәli Xәbәrlәr