Gürcüstanın Baş nazir müavini Dimitri Kumsişvili Türkiyәyә sәfәr edib
Gürcüstanın Baş nazir müavini, İqtisadiyyat vә Dayanıqlı İnkişaf naziri Dimitri Kumsişvili iki günlük işgüzar sәfәrlә İstanbula gәlib.
![Gürcüstanın Baş nazir müavini Dimitri Kumsişvili Türkiyәyә sәfәr edib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/ea0b/78bb/0959/56d03f6389030.jpg?time=1718867358)
Gürcüstanın Baş nazir müavini, İqtisadiyyat vә Dayanıqlı İnkişaf naziri Dimitri Kumsişvili iki günlük işgüzar sәfәrlә İstanbula gәlib. Kumsişvili sәfәri çәrçivәsindә İqtisadiyyat naziri Mustafa Elitaş ilә görüşüb. Görüş zamanı iki ölkә arasındakı azad ticarәt müqavilәsindәn sәmәrәli istifadә etmәklә ticari vә iqtisadi әlaqәlәrin inkişaf etdirilmәsi mәsәlәlәri müzakirә olunub. Türkiyәli nazir ilә keçirilәn görüşün çox mәhsuldar olduğunu vә gürcü mәhsullarının Türk bazarına daxil olma imkanlarını müzakirә etdiklәrini qeyd edәn Kumsişvili: ''Bu gün Türkiyә bizim çox әhәmiyyәtli ticarәt tәrәfdaşımızdır vә aydın görürük ki, Gürcüstan ixracını bu istiqamәtdә artırmaq imkanına malikdir. Malik olduğumuz ixrac potensialının әsas tәrәflәrini müzakirә etdik'' deyә açıqlama verib.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718867359)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718867359)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq