“ABŞ Türkiyənin YPG narahatlığını anlayır və hörmət edir”

Con Keri Ankara-Vaşinqton xəttində gərginliyə səbəb olan məsələlərlə bağlı çıxış edib

439630
“ABŞ Türkiyənin YPG narahatlığını anlayır və hörmət edir”

Amerika Birləşmiş Ştatları Dövlət katibi Con Keri Ankara-Vaşinqton xəttində gərginliyə səbəb olan məsələlərlə bağlı çıxış edib.

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə dəstək verilməsinə Türkiyənin göstərdiyi reaksiya ilə bağlı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində danışan Keri deyib: "PKK və PKK-YPG əlaqələrindən Türkiyə narahat və çox həssasdır. Bu barədə onlarla mühüm söhbətlər etmişik. Biz Türkiyənin qayğılarına hörmət etməliyik və edəcəyik".

Keri NATO müttəfiqi Türkiyə ilə yaxın iş birliyində olduqlarını vurğulayıb. DEAŞ-ın (İŞİD-in) bölgədən təmizlənməsi üçün yerli və qonşu olanlara ehtiyac olduğunu söyləyən ABŞ Dövlət katibi nümunə olaraq Kobanini göstərib. Keri deyib: "Rəsmi Ankara ilə əhəmiyyətli xəttləri aşmamaq və bölgənin həssaslığını nəzərə alaraq necə hərəkət edəcəyimizlə bağlı Türkiyəli səlahiyyətlilərlə tez-tez görüşürük".



Әlaqәli Xәbәrlәr