Tuğba Hezerə qarşı sərt reaksiyalar davam edir

Fevralın 17-də 29 nəfərin ölümü, 60 nəfərin isə yaralanması ilə nəticələnən Ankaradakı məlum terror hücumlarını təşkil edən şəxsin yas mərasiminə qatılan Xalqların Demokratiya Partiyasının Van şǝhǝrindǝn seçilmiş millət vəkili Tuğba Hezerə qarşı sərt reak

439123
Tuğba  Hezerə qarşı sərt reaksiyalar davam edir

Fevralın 17-də 29 nəfərin ölümü, 60 nəfərin isə yaralanması ilə nəticələnən Ankaradakı məlum terror hücumlarını təşkil edən şəxsin yas mərasiminə qatılan Xalqların Demokratiya Partiyasının Van şǝhǝrindǝn seçilmiş millət vəkili Tuğba Hezerə qarşı sərt reaksiyalar davam edir.

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan millǝt vǝkilinin bu hərəkətinə “Terror təşkilatının hər hücumunda ön sıralarda yer alan bir millət vəkili, xalqın sözçüsü deyil terrorçudur" diyə reaksiya göstərib.

Cümhurbaşqanlığı Kompleksindǝ təşkil olunan 21-ci Muxtarlar toplantısında çıxış edərək Ankaradakı terror hadisəsini təşkil edən terrorçunun yas mərasimində iştirak edən millət vəkilini və Milli Məclisdə terrora qarşı hazırlanan birgə bəyanatı imzalamayan Xalqların Demokratiya Partiyasını sərt bir şəkildə tənqid edib.

Terrorçuların sözçülüyündən başqa heç bir iş görməyən bu partiyaya qarşı millətin səbrinin tükəndiyini bildirən Ərdoğan, Milli Məclisdə yer alan millət vəkillərinin məntiqli hərəkət edərək bu hərəkətlərə düzgün reaksiya verməli olduqlarını bildirib.

Baş nazir Əhməd Davutoğlu da özünün “Twitter" sǝhifǝsindǝn verdiyi açıqlamada: “Türkiyəlilik iddiasında olan partiya, TBMM-də üç partiyanın imzaladığı terrora qarşı ortaq hərəkət etmə bəyannaməsini imzalamadı. Terroru qınaya bilməmək bir tərəfə, hətta bu partiyanın bir millət vəkili vətəndaşlarımızın ölümünə səbəb olan terrorçunun yas mərasimində də iştirak etdi. Bir deputatın bu hərəkətə yol verməsi insanlığa qarşı edilə biləcək ən böyük xəyanətdir.

Türkiyə etniq bir qütübləşmə yaratmağa təşəbbüs edənlərə layiqli cavabını verəcək, qurulan tələyə düşməyəcəkdir. Bu bölgədə Türkmənlərin də, Kürtlərin də, Ərəblərin də ən böyük dostu Türkiyədir. Tarix və millət bizim yanımızdadır" deyib.

Bu hərəkətə daha bir sərt reaksiya isə Baş nazirin müavini Numan Kurtulmuşdan gəlib.

“Bu hərəkət sözün bitdiyi yer deməkdir. Bunun üzərinə deyiləcək bir kəlimə qalmır. Bu hərəkət həmçinin açıq olaraq xainlərlə ortaq hərəkət etmək deməkdir. Bu hərəkətin hansısa qəbul ediləcək bir izahının olduğunu düşünmürəm" deyib.



Әlaqәli Xәbәrlәr