Türkiyədə kimlər xoşbəxtdir?

2015-ci ilin “Həyatdan Məmnunluq" araşdırmasına görə

438543
Türkiyədə kimlər xoşbəxtdir?

2015-ci ilin “Həyatdan Məmnunluq" araşdırması nəticəsində ən yüksək xoşbəxtlik nisbətinin 63,8 faiz olmaqla 18-24 yaş qrupları arasında müəyyən edilib.

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumata görə, 2014-cü ildə 56,3 faiz olan xoşbəxtlik nisbəti keçən ilə görə 56,6 faiz artıb. Bədbəxt olduğunu bildirənlərin nisbəti isə 11,7-dən 11,4 faizə düşüb.

Qadınlarda xoşbəxtlik nisbəti 2014-cü ildə 60,4-dən 2015-ci ildə 60,2 faizə enib, kişilərdə isə bu nisbət 52-dən 52,9 faizə yüksəlib.

Yaş qruplarına görə baxıldığında ən yüksək xoşbəxtlik nisbəti 63,8 faizlə 18-24, ən aşağı xoşbəxtlik nisbəti isə 51,7 faizlə 45-54 yaş arasında olan qruplarda müəyyən edilib.

Məlum olub ki, evlilər evli olmayanlara görə daha xoşbəxtdir. Keçən il evlilərin 59,6 faizi xoşbəxt olduğunu bildirib, evli olmayanlarda isə bu nisbət 49,5 faiz olub.

Ailələrinə görə 72,3 faiz, sağlam olduqlarına görə isə 68,8 faiz özünü xoşbəxt hiss etdiyini bildirib.

Ali təhsilli gənclərdə xoşbəxtlik nisbəti 59,5, ibtidai və orta məktəb məzunlarında 58, heç bir məktəb bitirməyənlərdə isə 57,8 faiz müəyyən olub.



Әlaqәli Xәbәrlәr