Qatilin yasında iştirak insanlığa qarşı xəyanətdir

Türkiyənin Baş naziri Əhməd Davudoğlu günahsız insanları öldürən bir qatilin yasında iştirakın, onu hörmətlə yad etmənin insanlığa qarşı edilə biləcək ən böyük xəyanət olduğunu bildirdi.

438190
Qatilin yasında iştirak insanlığa qarşı xəyanətdir

Davudoğlu Xalqların Demokratik Partiyasından olan (HDP) Van millət vəkili Tuğba Hezerin Ankarada 29 nəfərin həyatına son qoyan terror hücumunu həyata keçirdiyi iddia edilən terrorçu üçün Vanda keçirilən yas mərasiminə getməsini Twitter hesabı vasitəsilə sərt şəkildə tənqid etdi.

Baş nazir açıqlamasında HDP-nin Türkiyə Böyük Millət Məclisinidə üç partiyanın imzaladığı terrora qarşı birgə davranış bəyannaməsini imzalamadığını xatırlatdı.

Davudoğlu terroru qınamayan HDP-nin millət vəkilinin vətəndaşların həyatına qəsd edən terrorçu yasına getməsi faktı haqqında: "Günahsız insanları öldürən bir qatilin yasında iştirakın və onu hörmətlə yad etmənin insanlığa qarşı edilə biləcək ən böyük xəyanətdır"dedi.

Baş nazir Türkiyədə etnik qütbləşmə yaratmaq istəyənlərə, millətin yasına istehza edənlərə xitabən: "Bu məkanda Türkmənlərin də, kürdlərin də, ərəblərin da ən böyük dostu Türkiyədir. Tarix və millət bizim tərəfimizdədir" dedi.



Әlaqәli Xәbәrlәr