Bülənd Şenay Türkiyənin ATƏT yanında xüsusi nümayəndəsi seçildi

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə istiqamətində əhəmiyyətli bir addım atdı.

438195
Bülənd Şenay Türkiyənin ATƏT yanında xüsusi nümayəndəsi seçildi

ATƏT dönəm sədrliyini bu il Serbiyadan təhvil alan Almaniya xüsusi nümayəndəlik üçün göstərilən namizədlər arasından Uludağ Universitetinin İlahiyyat Fakültəsinin müəllimi,dosent Bülənd Şenayı seçdi.

Türkiyə Xarici işlər Nazirliyi tərəfindən verilən açıqlamada regional qeyri-sabitlik, qeyri-müntəzəm miqrasiya axınları və terror təhdidləri ilə dözümsüzlüyün artdığı vurğulanır və: "Türkiyə dözümsüzlük, ksenofobiya, irqçilik, islamofobiya kimi meyllərin qarşısının alınması baxımından beynəlxalq təşkilatların fəaliyyətinin dəstəklənməsinə xüsusi əhəmiyyət verir" deyilir.

.



Әlaqәli Xәbәrlәr