Әrdoğan: ‘‘Türkiyә bәşәri vicdanın sәsidir’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya məsələsindəki mövqeyilә bəşəriyyətin şərəfini xilas etdiyini bildirib.

437819
Әrdoğan: ‘‘Türkiyә bәşәri vicdanın sәsidir’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya məsələsindəki mövqeyilә bəşəriyyətin şərəfini xilas etdiyini bildirib.

Ərdoğan Suriyanın bu gün terror ixrac edən ölkə vəziyyətinə düşdüyünü vurğulayaraq bu ölkədə hökm sürәn xaosun terror tәşkilatları DAEŞ, Əl Nusra, PYD vә YPG-yә böyümә fürsәti yaratdığını bildirib.

Somali VI-cı Yüksək Səviyyəli Әmәkdaşlıq Forumunun İstanbulda trәşkil edilәn açılış mәrasimindә çıxış edәn Ərdoğan: ''Türkiyә 30 ildir separatçı terror tәşkilatları ilә mübarizә aparır. Bizim üçün terror tәşkilatları arasında heç bir fәrq yoxdur. Eş-Şebab ilә DEAŞ, El Nusra ilә PKK, PYD, YPG arasında bir fәrq qoymadıq, qoymayacağıq'' deyib.

Rəcəb Tayyib Әrdoğan terrora və terroru dəstəkləyən ölkələrə qarşı artıq bütün dövlətlər birgə və prinsipial bir mövqe nümayiş etmәlidir deyib.

Suriyadakı vәtәndaş müharibәsi ucbatından indiyәdәk 400 mindәn çox insanın hәyatını itirdiyini, 12 milyon insanın da el-obalarından didәrgin düşdüyünü qeyd edәn dövlәt başçısı, Türkiyәnin dininә, dilinә baxmayaraq 3 milyondan çox qaçqına ev sahibliyi etdiyini xatırladıb.

Ərdoğan: ''Türkiye Suriya məsələsindəki mövqeyilә bәşәri vicdanın səsi olaraq dünyanın şərəfini xilas etmişdir. Biz bunları tәmәnnasız etdik . Lakin bu mәsәlә artıq Türkiyәnin öz imkanları ilә hәll edә bilәcәyi mәsәlә deyil'' deyib.

Son dövrdə rejim və ona dəstək verәn ölkәlәrin Hәlәb vә Türkmәn bölgәsi başda olmaqla Suriyanın şimalında hava hücumlarını artırdığına toxunan dövlәt başçısı son 10 gündə çoxu mülki vәtәndaş olmaqla 600-dәn çox günahsız insanın həyatını itirdiyini bildirdi.

Dövlәt başçısı Ərdoğan bu qarşıdurma mühitindən ən çox Türkiyənin zәrәr gördüyünü bildirib.



Әlaqәli Xәbәrlәr