Terror hadisələrinə görə 14 nəfər həbs edilib

Ankarada 24 nəfərin ölümünə, 61-nin isə yaralanmasına səbəb olan terror hadisələrinə görə nəzarətə götürülən 14 nəfər həbs edilib.

436852
Terror hadisələrinə görə 14 nəfər həbs edilib

Paytaxtdakı məlum terror aktına görə məsuliyyətə cəlb olunan 21 nəfər prokurorluqda dindirildikdən sonra məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən bu şəxslərdən yeddisi sərbəst buraxıldığı halda 14-ü həbs olunub.

Qeyd edək ki, Dövlət Başçısı Rəcəp Tayyib Ərdoğan Fevralın 17-də paytaxtda həyata keçirilən bu partlayışın PKK və PYD terrorçuları tərəfindən törədildiyini desə də, sözügedən qruplar bu iddianı yalanlamağa çalışır.


Etiketlәr: #PKK , #PYD

Әlaqәli Xәbәrlәr