Әhmәd Davudoğlu ilә Jens Stoltenberg arasında telefon danışığı olub

NATO Baş katibi Jens Stoltenberg Türkiyәnin Baş naziri Əhməd Davudoğlu ilə telefon əlaqəsi saxlayaraq fevralın 17-də törədilən xain terror aktı ilә әlaqәdar başsağlığı verib.

436058

Baş nazirlik mənbələrindən verilən məlumata görə, Stoltenberg terrorla mübarizə məsələsində NATO-nun Türkiyəyənin yanında olduğunu qeyd edib.

Baş nazir Davudoğlu Stoltenbergə dəstəyinə görə təşəkkür edərək hücumu PKK-nin Suriyadakı qolu PYD mənsubu terrorçunun törətdiyini bildirib.
Davudoğlu həmçinin Türkiyənin terror təşkilatı DEAŞ, PKK, PYD və YPG ilə qətiyətlə mübarizə etməyə davam edəcəyini qeyd edib.

Qeyd edək ki, görüş zamanı Suriya və bölgədəki məsələlərin də müzakirə olunduğu bildirilib.

Әlaqәli Xәbәrlәr